
Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə yollanıb.
FinFly bu barədə BELTA-ya istinadən xəbər verir.
Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün, həmçinin Baş nazir Əli Əsədovla təkbətək və geniş tərkibdə danışıqların keçirilməsinin planlaşdırıldığı gözlənilir.
Belarusun Baş naziri həmçinin Belarus-Azərbaycan biznes forumunda iştirak edəcək. Burada bir sıra müqavilələrin imzalanması planlaşdırılır.
O, həmçinin Bakıda bir sıra obyektləri, o cümlədən “Belaruski” ticarət şəbəkəsinin Belarus ərzaq malları mağazasını, “Vertus Engineering Co.” MMC-də birgə lift yığımı müəssisəsində və Fövqəladə Hallar Nazirliyinin bölməsində olacaq.
Bundan əlavə, Belarus Baş naziri Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarı üzərinə, eləcə də 8 Noyabr Zəfər abidəsi önünə də əklillər düzəcək.
Baş nazir Əsədovla birlikdə Füzuli şəhərində dağıdılmış və bərpa olunan obyektlərə baxış, həmçinin Ağdam Sənaye Parkına səfər planlaşdırılır. Burada Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə MAZ-5907C2-012 kommunal maşını hədiyyə ediləcək. Belarus və Azərbaycan hökumət başçıları həmçinin Qızıl Kəngərli kəndi ərazisində gələcək aqroşəhərciyin ərazisinə baxış keçirməyi planlaşdırırlar.
Son xəbərlər
-
14 Iyl, 2025
"Taxta bazarın"-dakı yanğın tam söndürülüb...
-
14 Iyl, 2025
ABŞ Ukryanaya silah göndərəcək...
-
12 Iyl, 2025
Prezident İlham Əliyev Ərdoğana zəng edib...
-
12 Iyl, 2025
Azərbaycan nefti bahalaşıb...
-
12 Iyl, 2025
Azərbaycanın xarici ticarət dövriyyəsi açıqlanıb...
-
12 Iyl, 2025
Azərbaycanda əmtəəlik qaz hasilatı artıb...