Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Bizə Ukraynada davamlı sülhü təmin edəcək bir razılaşma lazımdır - Koşta - FinFly

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ukraynada sülh perspektivlərini müzakirə etmək üçün ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşüb.

FinFly xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

A.Koşta vurğulayıb ki, Rusiya-Ukrayna arasında sülh sadəcə atəşkəs ola bilməz:

"Bizə Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhü və Avropada təhlükəsizliyi təmin edəcək bir razılaşma lazımdır. Ukrayna Avropaya güvənə bilər. Biz sülh və təhlükəsizliyi təmin etmək üçün ABŞ ilə konstruktiv şəkildə işləməyə davam etməyə hazırıq".