Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
BLC ilə investisiyaların cəlb edilməsi üzrə əməkdaşlıq ediləcək - FinFly

AZPROMO və "Black Locust Capital Financing Broker" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

FinFly xəbər verir ki, ixracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Black Locust Capital Financing Broker” (BLC) şirkətinin direktoru Şahrux Xan arasında görüş keçirilib. Görüş zamanı Azərbaycana cəlb olunan birbaşa xarici investisiyalar, ölkəmizin əlverişli investisiya iqlimi və biznes imkanları haqqında məlumat verilib, əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Görüş çərçivəsində AZPROMO və BLC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artırılması, strateji tərəfdaşların cəlb edilməsi sahələrində əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edək ki, "Black Locust Capital Financing Broker" MMC investisiya konsaltinqi, maliyyə strategiyalarının hazırlanması və fərdi kapitalın idarə olunması sahələrində ixtisaslaşmış beynəlxalq şirkətdir. Şirkət beynəlxalq biznes prosesləri çərçivəsində imkanların dəyərləndirilməsi və risklərin azaldılması istiqamətində geniş təcrübəyə malikdir.