
Cəmi bir il əvvəl Binance-in keçmiş top-menecerləri Qleb Kostaryov və Vladimir Smerkis tərəfindən yaradılan Blum, kriptotreyderlər, token yaradanlar və rəqəmsal aktivlərini təhlükəsiz şəkildə idarə etmək istəyənlər üçün ən rahat, multiplatformalı və multiblokçeynli super tətbiq olmaq hədədi ilə qurulmuşdu.
Cəmi 12 ayda Blum əsl Web3 nəhənginə çevrildi.
Blum-un CMO-su Vladimir Smerkis deyir:
"Təsəvvür belə etməzdik ki, 93 milyondan çox istifadəçi Blum icmasına qoşulacaq və birlikdə kripto sahəsində super-tətbiq quracağıq."
Onun sözlərinə görə, əldə olunan bütün uğurlar — token yaradan, Memepad-də ticarət edən, Solana və TON üzərində botlardan istifadə edən, strimlər açan hər bir istifadəçinin zəhmətinin nəticəsidir.
"Sizin fəallığınız — bizim ən böyük uğurumuzdur. Hər birinizə təşəkkür edirik, bu qalibiyyət sizindir. Siz olmadan heç nə mümkün olmazdı", – deyə Smerkis əlavə edib.
Blockchain Forum 2025 – 23-24 aprel tarixlərində baş tutdu və 130-dan çox ölkədən 15,000+ iştirakçı cəlb etdi. Bu tədbir, MDB regionunun ən böyük kripto və Web3 forumudur.
Blum-un 1 ildəki göstəriciləri:
- 93 milyon istifadəçi – kripto sənayesində ən populyar ticarət tətbiqi;
- #1 Memepad TON-da və #2 dünyada token sayı üzrə:
- 350,000 token yaradılıb
- 32 milyon TON dövriyyədə
- 8,250 strim keçirilib
- 39.5 milyon unikal on-chain cüzdan Blum-a bağlanıb
- TON-da ən böyük ticarət botu, artıq Solana-da da aktivdir (5 milyon SOL dövriyyə)
- Dünyada #2 ən böyük Telegram icması — 28 milyon iştirakçı
Blum, 93 milyondan çox istifadəçiyə sahib olan ticarət tətbiqi olaraq ilk il dönümünü Blockchain Forum 2025-də gurultulu şəkildə qeyd etdi. Komanda 3 əsas nominasiyada qalib gəldi:
Ən yaxşı Telegram GameFi tətbiqi;
Ən yaxşı Telegram ticarət tətbiqi;
Web3 İlin Sahibkarı — Vladimir Smerkis.