Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
BMK-nın 2024-cü il üçün Azərbaycan iqtisadiyyatına investisiyaları açıqlanıb - FinFly

Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 2024-cü ildə Azərbaycanda reallaşdırılan layihələrə 17,83 milyon ABŞ dolları məbləğində birbaşa investisiya yatırıb.

Bu barədə FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, ölkəyə qoyulan ümumi birbaşa xarici investisiyaların 0,3 faizini təşkil edib.

Hazırda IFC Azərbaycanda "Access Bank" və "Bank Respublika"-ın kapitalında iştirak etmək də daxil olmaqla, ümumi dəyəri 47 milyon ABŞ dolları olan 7 layihəni həyata keçirir.

"IFC növbəti beş ildə Azərbaycana maliyyə dəstəyinin həcmini 200-500 milyon ABŞ dolları diapazonunda artırmağı planlaşdırır", - deyə, məlumatda bildirilir.

Son 30 ildə IFC 60-dan çox layihə vasitəsilə Azərbaycana 800 milyon ABŞ dollarından çox sərmayə qoyub. IFC-nin kapitalında ölkənin payı 0,12 faiz (28 852 səhm) təşkil edir ki, hökumət bu səhmlərə görə 21,516 milyon ABŞ dolları ödəyib.

2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (illik 5,83 faiz artım) təşkil edib.