28 Fvr, 2026 13:29
Bölgədə ABŞ və İsrailə məxsus bütün obyektlər İran üçün qanuni hədəfdir.
FinFly xəbər verir ki, bunu adı açıqlanmayan İran rəsmisi “Al Jazeera“ telekanalına deyib.
"ABŞ-la İsrailin Yaxın Şərqdəki bütün maraqları və mövcudluğu bizim üçün qanuni hədəf olacaq. Bu təcavüzdən sonra bizim heç bir “qırmızı xətt”imiz yoxdur və hər şey mümkündür. Hətta daha əvvəl nəzərdən keçirilməyən ssenarilər də baş verə bilər", - İran rəsmisi qeyd edib.
Onun sözlərinə görə, "İran ABŞ və İsrailin hücumundan təəccüblənməyib".
"Heç bir zaman məhdudiyyəti olmayacaq və kompleks cavab veriləcək. İranın təslim olması və ya özünü cilovlaması ilə bağlı bütün çağırışlar qəbuledilməzdir, bu, sadəcə xəyaldır", - İran rəsmisi vurğulayıb.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
