Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Braziliya COP30 üçün Azərbaycandan yol xəritəsi istəyir - FinFly

Braziliyanın COP30 üçün Azərbaycandan ən böyük gözləntisi Bakıda qəbul edilmiş iqlim maliyyəsi ilə bağlı qərarların yerinə yetirilməsi və onun həcminin 300 milyard ABŞ dollarından 1,3 trilyon dollara çatdırılmasi üçün konkret istiqamətlərin və yol xəritəsinin hazırlanmasıdır.

FinFly xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, Azərbaycan COP29-un sədri kimi Braziliya ilə müştərək iş aparır:

"İyun ayında Belem şəhərində köməkçi orqanların sessiyası olacaq və orada ilkin layihələrin təqdimi olacaq", - deyə o qeyd edib.

2024-cü ilin noyabrın 11-22-də Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilib. COP30 isə bu il Braziliyada keçiriləcək.