
Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında Böyük Britaniyanın müdafiə naziri Con Healey tərəfdaş ölkələri Kiyevə hərbi dəstəyi artırmağa çağıracaq.
FinFly xəbər verir ki, bu barədə The Daily Telegraph məlumat yayıb.
Qəzetin yazdığına görə, Healey çıxışında qrup üzvlərini Ukraynanı 50 gün müddətinə silahlandırmaq üçün kampaniya təşkil etməyə çağıracaq və Moskva və Vaşinqtonun 50 gün ərzində Ukraynada nizamlanmaya dair razılığa gəlmədiyi təqdirdə iyulun 14-də Rusiya və onun ticarət tərəfdaşlarına qarşı yeni sanksiyalar tətbiq etməklə hədələyən ABŞ prezidenti Donald Trampın təklifini dəstəkləyəcək.
Həmçinin bildirilir ki, görüşdə Almaniya və Böyük Britaniya Berlindən 170 milyon avro məbləğində maliyyə vəsaitindən istifadə etməklə hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər almağa razılaşa bilər.
Son xəbərlər
-
21 Iyl, 2025
Sabahdan peşə məktəblərinə qəbul başlayır...
-
21 Iyl, 2025
Azərbaycan gübrə ixracından qazancını artırıb...
-
21 Iyl, 2025
ARDNF-in xalis mənfəəti azalıb...
-
21 Iyl, 2025
Sabah pensiyalar tam ödəniləcək...