Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Brüsseldə Aİ–Azərbaycan enerji dialoqunun növbəti raundu keçiriləcək - FinFly

10 iyun tarixində Brüsseldə "2025-ci il üçün Avropa davamlı enerji həftəsi" (EUSEW2025) keçiriləcək. Tədbirdə ədalətli və rəqabətqabiliyyətli yaşıl keçid mövzuları müzakirə olunacaq.

FinFly-ın məlumatına görə, Avropa Komissiyasının təşkilatçılığı ilə bir həftə ərzində Brüsseldə müxtəlif tədbirlər baş tutacaq. Onlardan biri də Beynəlxalq Enerji Agentliyinin enerji səmərəliliyi üzrə 10-cu illik qlobal konfransıdır.

Konfransda Azərbaycan energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək, çıxış da edəcək.

Həftə ərzində, həmçinin Pərviz Şahbazov ilə Aİ-nin energetika üzrə komissarı Dan Yorgensen arasında Avropa İttifaqı–Azərbaycan Enerji Dialoqunun növbəti raundu keçiriləcək. Bu dialoq, ənənəvi olaraq, Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə Məşvərət Şuraları çərçivəsindəki görüşlərin davamıdır.

Görüşdə enerji sahəsində əməkdaşlığın nəticələri qiymətləndiriləcək, gələcək planlar, bərpa olunan enerji, enerji səmərəliliyi və metan emissiyalarının azaldılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.