
17 Iyn, 2025 10:10
İyun ayının 17-də kriptovalyuta birjalarında "Bitcoin"in (BTC) qiyməti cüzi artıb.
FinFly xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası "CoinMarketCap" platformasında 0,50 faiz bahalaşaraq 107 120 ABŞ dolları təşkil edib.
"Ethereum"un qiymətində isə azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1,07 faiz azalaraq 2 580 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 2,64 faiz, BNB isə 0,2 faiz bahalaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.
Son xəbərlər
-
17 Iyn, 2025
Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli azalıb...
-
17 Iyn, 2025
Azərbaycanın istehlak bazarı böyüyüb...