05 Ynv, 2026 09:55
Kriptovalyuta birjalarında "Bitcoin"in (BTC) qiyməti artıb.
FinFly xəbər verir ki, BTC son 24 saatda "CoinMarketCap" platformasında 1,31 faiz bahalaşaraq 92 543 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0,67 faiz artaraq 3 165 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3,2 faiz, BNB isə 0,75 faiz bahalaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb.
Son xəbərlər
-
12 Ynv, 2026
Sabah intensiv yağış yağacaq, sulu qara keçəcək...
