Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri normal şəkildə işini davam etdirir.
FinFly xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında deyib
Onun sözlərinə görə, bu kəmərlə nəql edilən Azərbaycan neftinin orqanik xloridlərlə çirklənməsi məsələsi həll olunması uzun məsələdir: “Hazırda boru kəməri ilə neftin nəql edilməsi davam edir. Boru kəməri normal şəkildə işləyir”.
O qeyd edib ki, Azərbaycan neftin çirklənmənin səbəbləri barədə vaxtı gələn zaman məlumat veriləcək: “Rezervuarlarda yoxlama deyil, təmizləmə gedir. Amma çirkənlənmə ilə bağlı problemin həll olunması uzun məsələdir".
Qeyd edək ki, iyulda bir sıra KİV mənbələrə istinadən bildiririb ki, “Azeri Light” neftinin ayrı-ayrı partiyalarında hasilat həcmini artırmaq üçün istifadə olunan maddələr - üzvi xloridlərin həddindən artıq miqdarı aşkar edilib. İyulun 24-də “BP-Azerbaijan” bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri boyunca bütün obyektlərdə neftin keyfiyyətinin yoxlanılması xammalın spesifikasiya tələblərinə uyğunluğunu təsdiqləyib. Üzvi xloridlər Türkiyənin Ceyhan limanındakı terminalda bəzi rezervuarlarda aşkar edilib.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
