Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
BTC ilə 4,5 mlrd bareldən çox neft nəql edilib - FinFly

2025-ci ilin birinci rübü ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 32 milyon ABŞ dolları, əsaslı xərclərə isə 13 milyon dollar vəsait xərclənib.

Bu barədə FinFly bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair həsr olunmuş hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 1 768 km uzunluğunda olan BTC boru kəməri ilə 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin birinci rübünün sonunadək ümumilikdə təqribən 598 mln. ton (4,5 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 5 932 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

"Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənib və yola salınıb", - deyə, hesabatda bildirilir.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

BTC Ko.-nun səhmdarları: bp (30,1 faiz), SOCAR (32,97 faiz), MOL (8,9 faiz), TPAO (6,53 faiz), Eni (5 faiz), “TotalEnergies” (5 faiz), ITOÇU (3,4 faiz), ONGC Videş (3,1 faiz), EksonMobil (2,5 faiz) və İNPEKS (2,5 faiz) şirkətləridir.