
15 May, 2025 15:01
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft kəmərləri ilə 12 milyon 233,3 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 4,3 faiz azdır.
Dövlət Statistika Komitəsindən FinFly əldə edən məlumata görə, nəqletmənin 76,1 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 9 milyon 314,7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,04 faiz azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83 faizi və ya 7 milyon 731,5 min tonunu Azərbaycanda hasil edilən neft (0,7 faiz azalma), 17 faizi və ya 1 milyon 583,2 min tonunu (13,1 faiz azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Son xəbərlər
-
15 May, 2025
Ukraynada davamlı sülhə nail olunacağına inanıram...
-
15 May, 2025
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb...
-
15 May, 2025
Ərdoğan Zelenski ilə görüşüb...