
16 Avq, 2025 12:20
2025-ci ilin yanvar-iyul ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 16,2 milyon ton neft ötürülüb.
Bu barədə FinFly Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən təqribən 1 milyon ton və ya 5,9% azalma deməkdir.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,6 faizini və ya 13,5 milyon tonunu Azərbaycanda hasil edilən neft, 16,4 faizini və ya 2645,9 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Qeyd edək ki, ümumilikdə hesabat dövründə magistral neft kəmərləri ilə 21,5 milyon ton neft nəql edilib. Nəqletmənin 75 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.
Son xəbərlər
-
05 Snt, 2025
Birmarket yeni mövsüm kampaniyasına start verdi...
-
05 Snt, 2025
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb...
-
05 Snt, 2025
Qızılın qiyməti 5 000 dollara çata bilər?...
-
05 Snt, 2025
"Azeri Light" ucuzlaşıb...