Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
BTC kəməri vasitəsilə nəql edilən neftin həcmi açıqlanıb - FinFly

2025-ci ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri vasitəsilə 6 milyon 880,8 min ton neft ötürülüb.

FinFly bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 387 min ton və ya 5,3 faiz azdır.

Belə ki, ötən ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri vasitəsilə 7 milyon 267,2 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,2 faizini və ya 5 milyon 727,4 min tonunu Azərbaycanda hasil edilən neft, 16,8 faizini və ya 1 milyon 153,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.