2025-ci il mayın 22-də Bitcoin (BTC) tarixi maksimum səviyyəyə çataraq 111 000 ABŞ dollarını keçib.
FinFly-in Binance-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu hadisə kripto sahəsi üçün mühüm mərhələ olub və investorların rəqəmsal aktivlərə artan marağının sübutudur. Bu maraq, kriptoaktivlərin müasir maliyyə sisteminin davamlı elementi kimi qəbul edildiyini göstərir.
Yeni zirvəyə çatdığı vaxt Bitcoin-in bazar dəyəri 2,165 trilyon ABŞ dollarını keçib, və ümumi kriptovalyuta bazarındakı payı 63 faizə çatıb. Bununla da BTC Amazon-u geridə qoyaraq dünyanın ən böyük beş aktivindən birinə çevrilib. Ümumi kriptovalyuta bazarının dəyəri isə 3,54 trilyon ABŞ dollarına yüksəlib. BTC-nin gündəlik qiymət artımı 4 faizi ötüb ki, bu da kriptovalyutanın qlobal iqtisadiyyatda mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
