
2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən müxtəlif xəstəliklərin müalicəsinə 303,4 milyon manat vəsait sərf olunacaq.
FinFly Maliyyə Nazirliyə istinadən xəbər verir ki, ayrılacaq vəsaitin 65,9 milyon manatı şəkərli diabet xəstəliyi üzrə tədbirlərə, 57,5 milyon manatı onkoloji xəstəliklər üzrə mübarizə tədbirlərinə, 50,9 milyon manatı qanın bədxassəli və irsi xəstəlikləri ilə mübarizə və təşkili tədbirlərinə, 46 milyon manatı xroniki böyrək çatışmazlığı üzrə mübarizə tədbirlərinə, 28,8 milyon manatı yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramına, 16,3 milyon manatı hemofiliya xəstəliyi üzrə mübarizə tədbirlərinə, 10,1 milyon manatı qanın, qan komponentlərinin donorluğunun inkişafı, qan xidmətinin təşkilinə, 7,5 milyon manatı dağınıq skleroz xəstəliyinin müalicəsinə, 6,4 milyon manatı insan immunçatışmazlığı virusu/qazanılmış immunçatışmazlığı sindromu (İİV/QİÇS) ilə mübarizə tədbirlərinə, 6 milyon manatı ixtiyoz və kəpənək xəstəliyinə qarşı mübarizə tədbirlərinə, 5 milyon manatı ana və uşaqların sağlamlığının yaxşılaşdırılması tədbirlərinə, 2,4 milyon manatı vərəmlə mübarizə tədbirlərinə, 0,6 milyon manatı uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirlərinə xərclənəcək.
Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 993,6 milyon manat vəsait nəzərdə tutulub.
Son xəbərlər
-
19 May, 2025
Trampla söhbət iki saatdan çox davam etdi - Putin...
-
19 May, 2025
Azərbaycanda noutbuk və kompüter istehsalı artıb...
-
19 May, 2025
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb...