
Son dövrlərdə Çindən daşınan yüklərin həcminin artması nəticəsində BYD (TIR-Carnet) kitabçalarından istifadə edən daşıyıcıların sayı 30 faiz artıb.
FinFly xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin baş katibi Kənan Qurbanov bildirib.
Onun sözlərinə görə, iyul ayında isə BYD kitabçalarından istifadə edən daşıyıcıların sayı 2 dəfə artıb:
“Buna səbəb Gürcüstan tərəfində müşahidə edilən tıxacdır. Bu kitabça beynəlxalq yükdaşımalarda istifadə olunan beynəlxalq gömrük sənədidir. Yük maşınının bir neçə ölkədən gömrük sərhədlərini keçməsinə imkan verir".
Qurbanov əlavə edib ki, ABADA 30 ildən artıqdır ki, fəaliyyət göstərir:
"Assosiasiyanın əsas prioritet istiqamətlərindən biri beynəlxalq avtomobil daşımalarının inkişafına dəstək verilməsi, “Carnet-TIR” Gömrük Konvensiyasının şərtlərinin Azərbaycanda yerinə yetirilməsinin təmin edilməsi, beynəlxalq avtomobil nəqliyyatı vasitəsilə yüklərin daşınmasının və maneəsiz hərəkətinin təmin olunması üçün müvafiq yardımın göstərilməsidir. Cari ilin 6 ayı ərzində assosiasiya öz üzvlərinə yardım məqsədilə müxtəlif xarici ölkələrdə baş verən hallarla bağlı hər cür dəstək göstərmiş, eyni zamanda xarici ölkələrdə fiziki şəxslərə yardım edib. Bu dövrdə xaricdə baş verən hallarla bağlı üzv daşıyıcılara göstərilən yardım 10 faizə qədər artıb, hazırda 174 hüquqi və fiziki şəxs üzv kimi fəaliyyət göstərir".
Son xəbərlər
-
22 Iyl, 2025
Dollar avro və yen qarşısında bahalaşıb...