Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Ceyhun Bayramov ABŞ rəsmisi ilə beynəlxalq təhlükəsizliyi müzakirə edib - FinFly

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş müşaviri Vayat Tolki və Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlonu qəbul edib.

FinFly Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir ki, görüş zamanı Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi və bu çərçivədə Vaşinqton razılaşmalarının icrası, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə rəsmiləri və nümayəndələri tərəfindən həyata keçirilən qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətli yer tutduğu qeyd edilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.