Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
ChatGPT ilə söhbətləriniz məhkəmədə sübut kimi istifadə oluna bilər - Sam Altman - FinFly

Openaı rəhbəri Sam Altman ChatGPT istifadəçilərini ciddi məxfilik təhlükəsi barədə xəbərdar etdi.

FinFly onun sözlərinə istinadən xəbər verir ki, süni intellektlə söhbətlər məhkəmə proseslərində sübut kimi istifadə oluna bilər, çünki onlar məxfi məlumatlar kimi qanunla qorunmur.

Altman, ChatGPT ilə söhbətlərin hüquqi müdafiəsinin olmamasını "böyük bir problem" adlandırdı. Onun sözlərinə görə, peşəkar sirrlə qorunan terapevtlər, hüquqşünaslar və ya həkimlərlə söhbətlərdən fərqli olaraq, ChatGPT ilə söhbətlərin belə konfedisiallığı yoxdur.

"İndi bir terapevt, hüquqşünas və ya həkimlə problemləriniz barədə danışırsınızsa, bu söhbətlərin hüquqi müdafiəsi var" deyə Openaı-nin baş direktoru izah etdi. Ancaq ChatGPT ilə söhbətlərlə belə aydınlıq və təhlükəsizlik yoxdur.

Altman birbaşa xəbərdarlıq etdi: bir istifadəçi ChatGPT ilə "ən incə şeyləri" müzakirə edirsə və sonra nədənsə məhkəmə prosesi başlayırsa, "bu məlumatları məhkəməyə sübut kimi vermək məcburiyyətində qala bilərik".