Çin gizli şəkildə Rusiyanı silahlandırır.
FinFly xəbər verir ki, bu barədə "The Telegraph" yazı dərc edib.
Məlumata əsəsən, aparılan araşdırmalar göstərib ki, Çin şirkətləri 2023-2024-cü illər ərzində sanksiya altındakı Rusiya firmalarına hərbidə istifadə oluna biləcək ən azı 55 milyon avro dəyərində detalları və materialları tədarük ediblər. Bu məbləğin təxminən dörddə biri - 12,5 milyon avro - Tatarıstandakı xüsusi iqtisadi zonada yerləşən, İran istehsalı olan "Shahed" dronlarını yığan müəssisələrə göndərilib.
Çindən ixrac edilən məhsullar arasında təyyarə mühərrikləri, mikrosxemlər (mikroçiplər), metal ərintiləri, kamera obyektivləri, şüşə lif (fiberglass), şüşə lif üçün birləşdirici maddələr və karbon liflər yer alır - bunların hamısı dron istehsalı üçün vacib komponentlərdir. Araşdırmalar nəticəsində 97 Çin təchizatçı şirkəti müəyyən edilib.
Yazıda deyilir ki, Çin rəsmi olaraq neytrallığını bəyan etsə də, bu komponentlərin tədarükü Pekinlə Moskva arasında sıx hərbi əməkdaşlıq olduğunu göstərir.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
