Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Çinlə iqtisadi əməkdaşlıq müzakirə olunub - FinFly

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Çin Xalq Siyasi Məşvərət Konfransının Quandonq Əyaləti Komitəsinin sədri Lin Kıçinq ilə görüşüb.

FinFly iqtisadiyyat nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Qeyd olunub ki, Çinlə iqtisadi-ticarət, həmçinin investisiya əməkdaşlığı güclənir. Ölkədə sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət sahələri üzrə 320-dək Çin şirkəti fəaliyyət göstərir. Çin şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə aktiv iştirak edir. Bununla belə, işbirliyi potensialı genişdir.

Ölkənin əlverişli işgüzar mühiti, qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı istiqamətləri haqqında məlumat verilib. Çinlə, o cümlədən, bu ölkənin Quandonq əyaləti ilə müxtəlif istiqamətlər üzrə iqtisadi tərəfdaşlıq üçün geniş potensial diqqətə çatdırılıb.

Tərəflər ticarət, sənaye, investisiya, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafını müzakirə ediblər.