
23 Apr, 2025 10:35
Azərbaycan, Türkiyə və Qazaxıstan tərəfindən hazırlanmaqda olan peyk gələcəkdə Türk Dövlətləri Təşkilatına (TDT) digər üzv dövlətlərin və müşahidəçilərin marağına səbəb ola bilər.
FinFly xəbər verir ki, bunu Bakıda təşkilatın baş katibi Kubanıçbek Omurəliyev deyib.
Onun sözlərinə görə, birgə hazırlanmaqda olan CubeSat (kub peyk) yaradılması layihəsi kosmik sektorda əməkdaşlığın əsas sahəsinə çevrilib.
"Təşəbbüsün ilk iclasda təqdim olunmasından bəri layihə davamlı və ardıcıl inkişaf edir", o qeyd edib.
Görüşdə Azərbaycanın bu layihəni Türkiyə və Qazaxıstanla birgə optimal büdcə ilə həyata keçirməyə hazır olduğu bildirilib.
Son xəbərlər
-
27 Apr, 2025
Azərbaycan XİN İrana başsağlığı verib...
-
25 Apr, 2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq...
-
25 Apr, 2025
VTB (Azərbaycan) ekoloji təşəbbüsə dəstək verdi...