Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Depozit faiz dərəcələrinin artması banklardakı depozitlərin həcminə müsbət təsir edib - FinFly

Ötən ilin IV rübündə depozit faiz dərəcələrinin artımı fonunda bankların fiziki və hüquqi şəxslərin müddətli depozitləri vasitəsilə maliyyələşməsində artım müşahidə olunub.

FinFly bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.

Məlumata görə, fiziki şəxslərin tələbli depozitlərində heç bir dəyişiklik olmasa da, hüquqi şəxslərin tələbli depozitləri üzrə maliyyələşmədə cüzi azalma baş verib. Respondentlər növbəti rübdə fiziki və hüquqi şəxslərin müddətli və tələbli depozitləri üzrə maliyyələşmədə artım olacağını gözləyirlər.

Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən, 2024-cü ilin IV rübündə fiziki və hüquqi şəxslərin müddətli və tələbli depozitləri, həmçinin, banklararası bazar üzrə maliyyələşmə dəyərində artım müşahidə edilib. Banklar növbəti rübdə də eyni tendensiyanın davam edəcəyini gözləyirlər.

Sorğuda iştirak edən respondentlərin cavablarına əsasən, maliyyələşmə dəyərinin artmasına təsir edən əsas faktorlar faiz dərəcələri, bankın likvidlik mövqeyi, rəqabət və requlyativ çərçivədə baş vermiş dəyişikliklər olub.