Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
DGK Azərbaycana idxalın kəskin artmasının səbəbini açıqladı - FinFly

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın idxalının dəyərinin ötən ilin eyni dövrünə nisbətən 2 milyard 667,9 milyon ABŞ dolları və yaxud 48,8 faiz artması, bununla da xarici ticarətdəki müsbət saldonun illik müqayisədə 4,15 dəfə azalması ölkəyə gətirilən qeyri-monetar qızılla bağlıdır.

Dövlət Gömrük Komitəsindən (DGK) FinFly-a verilən məlumata görə, bu ilin 4 ayı ərzində Azərbaycana 2 milyard 527,3 milyon ABŞ dolları dəyərində qeyri-monetar qızıl idxal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,6 dəfə çoxdur.

"Qeyri-monetar qızılın idxalı nəzərə alınmadan ölkənin idxalının dəyəri 5 milyard 605,6 milyon ABŞ dolları (illik müqayisədə 8,4 faiz çox), xarici ticarətdə müsbət saldo isə 3 milyard 179,1 milyon ABŞ dolları (6,1 faiz çox) təşkil edib", - deyə, məlumatda qeyd edilib.