
21 May, 2025 15:03
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
FinFly İKZF-dən əldə etdiyi məlumata görə, fondun xətti ilə indiyədək 54 420 ipoteka krediti verilib.
"Bizim vəsaitlərimiz hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 3,5 milyard manatdan çox olub. Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği isə 549,443 milyon manata bərabər olub", - deyə, İKZF qeyd edib.
Fondan verilən məlumata əsasən, kirayəçilərin istifadəsinə 7 036 yaşayış sahəsi də verilib.
Son xəbərlər
-
30 Iyl, 2025
Stablecoinlər bazarı ələ keçirə bilərmi?...
-
30 Iyl, 2025
Bakıda iki istiqamətdə sıxlıq müşahidə olunur...
-
29 Iyl, 2025
İsrailin yeni səfiri bu gün Bakıya gələcək...