
21 Fvr, 2025 11:12
Yaxın aylarda ilk dəfə olaraq dövlət informasiya ehtiyatları üzrə "Bug bounty" elan edəcəyik.
FinFly xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bu gün Bakıda keçirilən "Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı" tədbirində deyib.
Onun sözlərinə görə, "Bug bounty" şirkətlərin proqram təminatı, məhsulları və yaxud infrastrukturu ilə bağlı problemləri tapmaq üçün insanlara pul ödənilən bir proqramdır:
"Bug bounty " iştirakçıları ağ hakerlər və yaxud səhv ovçuları adlanır.
Bunun nəticəsində Dövlət İnformasiya Ehtiyatlarında tapılan boşluqlara görə mükafatlandırma həyata keçiriləcək".
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...