Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Economist Intelligence Unit Azərbaycanın 2030-cu ilə qədər iqtisadi artımını proqnozlaşdırdı - FinFly

Azərbaycan iqtisadiyyatının növbəti beş il ərzində sabit artım nümayiş etdirəcəyi gözlənilir.

FinFly Economist Intelligence Unit (EIU)-nin son proqnozuna istinadən xəbər verir ki, Azərbaycanın ÜDM-i 2025-ci ildə 3,4 faiz artacaq, bundan sonra 2026--2027-ci illərdə artım bir qədər azalaraq 3,1 faiz təşkil edəcək. 2029-cu ildə 3,2 faizədək sürətlənməsi gözlənilir.

EIU Azərbaycanda inflyasiyanın 2024-cü ildə 2,2 faizdən 2027-ci ilə qədər tədricən 4,7 faizə yüksələcəyini və Mərkəzi Bankın 4±2 faizlik hədəf diapazonunda qalacağını proqnozlaşdırır.

Bundan əlavə, işsizlik səviyyəsinin 2025-ci ildən başlayaraq tədricən azalacağı və 2029-cu ilə qədər 4,4 faizə çatacağı proqnozlaşdırır.

EIU proqnoz edir ki, USD/AZN məzənnəsi 2024-cü ildən 2029-cu ilə qədər 1,7 səviyyəsində sabit qalacaq.

EUR/AZN məzənnəsi isə 2027-ci ilə qədər tədricən enəcək, bundan sonra 1,73 səviyyəsində sabitləşəcək.