
2026-cı ildə Azərbaycanda neft hasilatının sutkada 0,6 milyon barrel olacağı gözlənilir.
Bu barədə FinFly ABŞ Enerji Məlumatları İdarəsinə (EIA) istinadən xəbər verir.
Əvvəlki proqnozlarla müqayisədə EIA hasilatla bağlı gözləntiləri cüzi şəkildə azaldaraq, göstəricini sutkada 0,01 milyon barrel aşağı salıb.
Yenilənmiş proqnoza əsasən, 2026-cı ildə hasilat ilin birinci rübündə 0,62 milyon barrel/sutka səviyyəsində olacaq, ikinci rübdə 0,61 milyona, üçüncü rübdə 0,6 milyona, dördüncü rübdə isə 0,59 milyon barrel/sutkaya qədər azalacaq.
2025-ci il üzrə proqnoz dəyişməz qalıb — orta hesabla 0,62 milyon barrel/sutka. EIA-nın qiymətləndirməsinə görə, birinci rübdə hasilat 0,57 milyon barrel/sutka olub, ikinci rübdə bu göstəricinin 0,62 milyona, üçüncü rübdə 0,64 milyona, dördüncü rübdə isə cüzi azalaraq 0,63 milyon barrel/sutkaya düşəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 6,9 milyon ton xam neft (kondensat daxil olmaqla) hasil edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 397,5 min ton və ya 5,5 faiz azdır. Həmin dövrdə hasilat həcmi 7,3 milyon ton təşkil etmişdi.
Son xəbərlər
-
07 May, 2025
Pakistan hava məkanını 48 saat müddətinə bağlayıb...
-
07 May, 2025
Pakistan Hindistanın 2 döyüş təyyarəsini vurub...
-
07 May, 2025
Pakistan Hindistana cavab zərbələri endirib...
-
07 May, 2025
"İnter" Çempionlar Liqasının finalına yüksəldi...
-
06 May, 2025
Fintech Farm запустил необанк в Индии...