
Amerikalı milyarder Elon Mask və maliyyə naziri Skott Bessent Ağ Evdə keçirilən gərgin iclasdan sonra dava salıblar.
FinFly-in məlumatına görə, bu barədə The Washington Post xəbər verir.
Keçmiş müşavir Stiv Bennonun sözlərinə görə, mübahisəyə səbəb Maskın dövlət xərclərinin azaldılması ilə bağlı verdiyi vədləri yerinə yetirməməsi olub. Bu, Elon Mask ilə prezident Donald Tramp arasında uzun müddət davam edən və güclü görünən münasibətlərin kulminasiya nöqtəsi sayılır.
Mənbələrin verdiyi məlumata əsasən, Vergi Xidməti komissarı vəzifəsinə namizədliyin müzakirəsindən sonra nazir Bessent Maska federal xərcləri 1 trilyon dollar azaltmaqla bağlı vədini xatırladıb.
Bessent onu "dələduzluqda" ittiham edib və "tam bir dələduzluq" adlandırıb. Bu isə Maskın kəskin cavabı ilə nəticələnib. The Washington Post-un yazdığına görə, bundan sonra Elon Mask Bessenti çiyinlə itələyib, bu hərəkət cavabsız qalmayıb və nəticədə fiziki qarşıdurma başlayıb. Hadisə ətrafda olan şəxslərin müdaxiləsindən sonra sona çatdırılıb.
Məlumata görə, insident 17 aprel tarixində baş verib. Prezident Donald Tramp dava barədə xəbər tutduqdan sonra bildirib: "Bu artıq həddini aşıb".
Son xəbərlər
-
08 Iyn, 2025
Tramp Vensə Maskı tənqid etməyi yasaqlayıb...
-
08 Iyn, 2025
Elon Mask və maliyyə naziri dava salıblar...
-
07 Iyn, 2025
Azərbaycan neftinin qiyməti bahalaşıb...
-
07 Iyn, 2025
Yutubun fəaliyyətində qlobal nasazlıq yaranıb...