
23 May, 2025 10:45
Biz Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsində maraqlı olan tərəflərdən biriyik. Mən hər iki ölkənin rəhbərliyinə buna hazırlıq nümayiş etdirdiyinə görə təşəkkür etmək istəyirəm.
FinFly xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İmedi telekanalına müsahibəsində deyib.
"Sülh və sabitlik region üçün vacib əhəmiyyət daşıyır və hər üç ölkə üçün fürsətlər yaradır. Bu kontekstdə, elə bir gün olmur ki, böyük ölkələrdən hansısa bu region barədə danışmasın. Bizim həmçinin Türkiyə ilə əla münasibətlərimiz var. Biz öz mövqeyimizi ifadə etmişik ki, bu region hər kəs üçün cəlbedici olacaq", - Kavelaşvili deyib.
Son xəbərlər
-
23 May, 2025
Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb...
-
23 May, 2025
May ayının pensiyaları ödənilib...
-
23 May, 2025
Sabahın hava proqnozu açıqlanıb...