19 Iyl, 2025 19:30
Ermənistan Zəngəzur dəhlizini bloklamaqda davam edərsə, tranzit ölkəyə çevrilmək şansı sıfıra yaxınlaşacaq.
FinFly xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündə deyib.
"Təəssüf ki, son beş il ərzində Ermənistan tərəfi (Zəngəzur dəhlizi ilə bağlı- red.) heç bir iş görməyib. Bu məsələ qəsdən gündəmdən çıxarılır. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək imkanı sıfıra yaxınlaşır. Əgər bu prosesi əngəlləməkdə davam etsələr, düşünürəm ki, Ermənistan nəinki hazırkı nəqliyyat təcridindən çıxa bilməyəcək, həm də müəyyən dərəcədə siyasi təcrid vəziyyətinə düşəcək", - Prezident İlham Əliyev bildirib.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
