Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Fiziki şəxslərin Azərbaycan banklarındakı əmanətlərinin dinamikası açıqlanıb - FinFly

2025-ci ilin martın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 14,8 milyard manat təşkil edib.

Bu barədə FinFly Mərkəzi Bankdan məlumat əldə edib.

AMB0nin məlumatına görə, əmanətlərin həcmi cari ilin fevralın 1-nə nisbətən 137,2 milyon manat və ya 1 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,6 milyard manat və ya 12 faiz artıb.

Bu ilin martın 1-nə fiziki şəxslərin milli valyuta ilə banklarda əmanətlərinin həcmi 9,9 milyard manat, xarici valyuta ilə isə 4,9 milyard manat təşkil edib.

Milli valyuta ilə əmanətlərin həcmi bu ilin fevralın 1-i ilə müqayisədə 151,7 milyon manat və ya 1,5 faiz, illik müqayisədə isə 1,3 milyard manat və ya 16 faiz artıb.

Xarici valyuta ilə isə bu göstərici cari fevralın 1-nə olan rəqəmlərə nisbətən 14,5 milyon manat və ya 0,3 faiz azalıb, illik nisbətdə isə 215,4 milyon manat və ya 4,6 faiz artıb.