Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Gənclər islamofobiya ilə mübarizəyə cəlb edilməlidirlər - FinFly

Gənclərin səsi eşidilməli və onlar islamofobiya ilə mübarizə prosesinə cəlb edilməlidirlər.

FinFly xəbər verir ki, bunu Beynəlxalq Din və Diplomatiya Mərkəzinin prezidenti (ICRD) Martine Miller Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransın panel sessiyasında deyib.

Onun sözlərinə görə, bu gün islamofobiya müxtəlif formalarda təzahür etməkdədir:

"Bunun formalarına müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik, nifrət, media və sosial şəbəkə platformalarında stiqmatizasiya, hücumlar, institusional diskriminasiya və sair aiddir.

Bu cür ədalətsiz və qərəzli münasibət gənclərin gündəlik həyatına və dünyagörüşlərinə təsir edir. İslamofobiya gənclərin düşüncəsində müsəlmanları cəmiyyətə inteqrasiya olunmalarına və özlərini bərabərhüquqlu üzv kimi hiss etmələrinə böyük maneə olaraq görülməlidir", - deyə qeyd edib.

Miller bəzi ölkələrdə bu gün islamofobiyanın bir növ dövlət siyasətinə çevrildiyini və bəzi qüvvələrin gəncləri bu siyasətə cəlb etməyə çalışdıqlarını vurğulayıb:

"Uzun illər işğalçılıq və müstəmləkəçilik siyasəti yürüdən bəzi ölkələrdə bu gün islamofobiya bir növ dövlət siyasətinə çevrilib. Bu, bizi narahat etməlidir. Çünki gənclər aldanaraq bu prosesə cəlb oluna bilər. Gənclərin prosesi düzgün dərk etmələri çox önəmlidir", - deyə verğuladı.