
07 Apr, 2025 17:45
Gürcüstanın "Georgian Airways" aviaşirkəti Hindistan və Çinə uçuşlara başlamağı planlaşdırır.
"Biz Hindistan və Çinə uçuşları nəzərdən keçiririk. Biz 3 ildən artıqdır ki, Çinə yük reysləri həyata keçiririk və indi sərnişin reyslərinə başlamaq niyyətindəyik, bunun üçün böyük "Boeing 767" təyyarələrini əlavə etmişik. Biz bu istiqaməti də inkişaf etdirəcəyik. Düşünürəm ki, sərnişin axını böyük olacaq", - deyə şirkətin rəhbəri Tamaz Qayaşvili bildirib.
Gürcüstan Hava Yolları hazırda Tbilisi hava limanından Avropa və Yaxın Şərqin 9 ölkəsində 14 istiqamətə uçuşlar həyata keçirir. Həmçinin aprelin sonundan etibarən aviaşirkət İtaliyanın Roma və Forli şəhərlərinə uçuşlar həyata keçirəcək.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...