
Qlobal Media Qrupunun tərkibində fəaliyyət göstərən internet resurslarına kütləvi haker hücumu həyata keçirilir.
FinFly xəbər verir ki, bu barədə məlumatı Global Media Group holdinqi yayıb.
Kiberhücumlar nəticəsində Report.az, Oxu.az, Media.az, Baku.ws, Caliber.az, Baku.TV saytlarının fəaliyyətində problemlər yaranıb.
“Hücumçular serverlərə və saytların admin panellərinə daxil olmağa, həmçinin əsas səhifələrində şəkillər yerləşdirməyə çalışırlar. Genişmiqyaslı kiberhücumların qarşısının alınması üçün təcili tədbirlər görülür. Hazırda mütəxəssislər resursların bərpası üzərində işləyirlər. Bu, adi DDoS hücumu deyil, peşəkar və mürəkkəb kiberhücumdur. Bütün hadisələrlə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib və problemin aradan qaldırılması istiqamətində işlər aparılır”, - məlumatda deyilir.
Son xəbərlər
-
07 Iyn, 2025
Yutubun fəaliyyətində qlobal nasazlıq yaranıb...
-
05 Iyn, 2025
Mask Trampı məyus etdi...
-
05 Iyn, 2025
Çinlə iqtisadi əməkdaşlıq müzakirə olunub...