
Gömrük İnkişafı Strategiyasına əsasən, 2025-2030-cu illərdə rəqəmsallaşma və texnoloji innovasiyaların tətbiqi əsas prioritet olacaq.
FinFly xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov deyib.
Onun sözlərinə görə, Azərbaycanda gömrük prosedurlarının sadələşdirilməsi, şəffaf idarəetmə sisteminin tətbiqi və sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması istiqamətində vacib addımlar atılır.
“Ticarətin asanlaşdırılması və rəqəmsallaşma sahəsində beynəlxalq standartlara uyğun mühüm islahatlar həyata keçirir. Xüsusilə, "Elektron Hesablaşma Sistemi", "Optimallaşdırılmış Risk Analiz Sistemi" (ARAS) və "Səlahiyyətli İqtisadi Operatorlar" layihələri biznes subyektləri üçün daha əlverişli şərait yaradacaq. Bu sistemlər gömrük ödənişlərinin şəffaflığını artırır, risklərin idarə edilməsini optimallaşdırır və ticarət dövriyyəsinin sürətlənməsinə imkan yaradır", - deyə, qeyd edib.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...