Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Gürcüstan ABŞ-yə yeni səfir təyin edib - FinFly

Tamar Taliaşvili Gürcüstanın ABŞ-dəkı yeni səfiri təyin olunub.

FinFly xəbər verir ki, ölkə parlamentinin sədri Şalva Papuaşvili bu münasibətlə Tamar Taliaşvilini təbrik edib.

O bildirib ki, Taliaşvilinin namizədliyinə ABŞ Prezident Administrasiyasının razılıq verməsi iki ölkə arasında münasibətlərin yenidən qurulacağına dair nikbinlik yaradır.

"İlk növbədə, Tamar Taliaşvilini ABŞ-də səfir təyin olunması münasibətilə təbrik etmək istəyirəm. Yəqin xatırlayırsınız, o, parlamentdə həmkarımız olub, burada uğurlu fəaliyyət göstərib. Bundan əvvəl Sakrebuloda, daha sonra isə Avropa Şurasında səmərəli işləyib. Onun səfir təyinatına ABŞ Prezident Administrasiyasının razılıq verməsi çox vacibdir", – deyə parlament sədri qeyd edib.

Ş.Papuaşvili əlavə edib ki, bu hadisə Gürcüstanla ABŞ arasında uzun müddətdir müzakirə edilən və milli maraqlara əsaslanan strateji tərəfdaşlığın inkişafı üçün yeni imkanlar yaradır.

"Biz bu əməkdaşlığın yenidən qurulmasına ümid edirik və Tamar Taliaşvilinin ABŞ-də səfir kimi təmsil olunması bu baxımdan çox uyğun seçimdir", – o vurğulayıb.