
2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 80,6 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edilib.
Bu barədə FinFly İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayına istinadən xəbər verir.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,7 milyon ABŞ dolları və ya 34,6 faiz çoxdur.
Mart ayında isə Azərbaycandan Gürcüstana 27,7 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac olunub ki, bu da 2024-cü ilin eyni ayına nisbətən 10,8 milyon ABŞ dolları və ya 64 faiz artım deməkdir.
2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.
Son xəbərlər
-
30 Apr, 2025
AMB BOKT-lara məcburi göstəriş verib...