Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Gürcüstan hökuməti ABŞ ilə münasibətləri yenidən qurulmalıdır - FinFly

Gürcüstan hökumətinin aparat rəhbəri Levan Jorjolianinin ABŞ Konqresinin Xarici İşlər Komitəsinin nümayəndələri ilə görüşündə Gürcüstan–ABŞ münasibətlərinin yenidən qurulmasının vacibliyi vurğulanıb.

FinFly xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, strateji tərəfdaşlığın hər iki ölkənin ortaq maraqları nəzərə alınmaqla yenilənməsi və konkret gündəm əsasında davam etdirilməsi arzu edilir.

Görüşdə Gürcüstan–ABŞ münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Tərəflər Gürcüstanda gedən siyasi və iqtisadi proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı diqqət Gürcüstan hökumətinin ölkədə iqtisadi artımın təşviqi istiqamətində atdığı addımlara, gələcək inkişaf planlarına, eləcə də korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə yönəldilib.