Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Gürcüstan parlamenti ABŞ-ın modelinə əsaslanmış "Xarici agentlər haqqında" qanunu təsdiqləyib - FinFly

Gürcüstan parlamenti “Xarici agentlər haqqında" qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib. Sənəd ABŞ-nin FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) modelinə əsaslanır.

FinFly xəbər verir ki, qanunun lehinə 86 deputat səs verib.

Sənəd prezident tərəfindən imzalandıqdan və ölkənin qanunverici orqanının rəsmi saytında dərc edildikdən sonra qüvvəyə minəcək.

Xatırladaq ki, sənəd Gürcüstanda böyük ictimai etirazlara səbəb olub. Müxalifət və vətəndaş cəmiyyəti qanunun söz və media azadlığını məhdudlaşdıracağını iddia edir. Hakimiyyət isə bildirir ki, sənəd şəffaflığın artırılmasına və xaricdən maliyyələşən təşkilatların hesabatlılığının təmin olunmasına xidmət edir.