
2024-cü ildə Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 27,1 faizi və yaxud 832,946 min tonu Azərbaycanın payına düşüb.
FinFly bu barədə Gürcüstanın milli statistika idarəsinə istinadən xəbər verir.
İdarənin məlumatına görə, Rusiyanın payı 42,1 faiz, digər ölkələrin payı isə 30,8 faiz təşkil edib.
Bundan başqa, ötən il Gürcüstanın dəmir yolları ilə 13,7 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 0,9 faiz çoxdur. Ümumi yüklərin 10,4 faizi ölkədaxili, 30,2 faizi beynəlxalq, 59,4 faizi isə tranzit yüklərin payına düşüb.
İl ərzində yükdaşımaların 39 faizni koks və emal olunmuş neft məhsulları, 20,4 faizni kimya, kimya məhsulları və süni liflər; rezin və plastik məmulatları, 15,7 faizi metal filizləri, eləcə də mədən və karxana məhsulları, 59faizi isə digər məhsullar təşkil edib.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...