2025-ci ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 139,8 milyon ABŞ dolları dəyərində təbii qaz alıb.
FinFly Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz azdır.
Təkcə avqustda isə Gürcüstan Azərbaycandan 14,9 milyon ABŞ dolları dəyərində "mavi yanacaq" alıb. Bu, bir il əvvələ nisbətən 3 faiz azdır.
8 ay ərzində Gürcüstan xarici ölkələrdən 277,6 milyon ABŞ dolları dəyərində təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricidən 7,4 faiz çoxdur.
Hesabat dövründə Gürcüstana Rusiyadan 137,5 milyon ABŞ dolları, Çindən 152,3 min ABŞ dolları, İrandan 132,5 min ABŞ dolları, Belarusdan 28 min ABŞ dolları dəyərində təbii qaz tədarük edilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 435,5 milyon ABŞ dolları dəyərində 2,315 milyard kubmetr təbii qaz alıb ki, bunun da 254,3 milyon ABŞ dolları dəyərində 1,664 milyard kubmetri Azərbaycanın payına düşüb.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
