Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
H&M Azərbaycanda ilk mağazasını açır - FinFly

İsveçin geyim brendi H&M 2026‑cı ilin ikinci yarısında Azərbaycanda ilk mağazasını açmağı planlaşdırır.

FinFly xəbər verir ki, bu barədə məlumatı H&M Group-un rəsmi açıqlamasında deyilir.

Bildirilib ki, ilk mağaza şirkətin françayzinq tərəfdaşı Sintek ilə fəaliyyətə başlayacaq.

H&M (Hennes & Mauritz) 1947-ci ildə İsveçdə təsis edilmiş beynəlxalq şirkətdir. Brendin biznes konsepsiyası dəb və keyfiyyəti əlçatan qiymətə, eyni zamanda dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə təqdim etməkdən ibarətdir. İlk mağazanın açılışından bu günə qədər şirkət qlobal şəbəkəyə çevrilərək dünyanın müxtəlif ölkələrində müştərilərə geyim və dizayn təklif edir.

H&M Avropanın ən böyük geyim pərakəndə şəbəkəsi olmaqla yanaşı, İspaniyanın Inditex korporasiyasından sonra dünyanın ikinci ən böyük geyim pərakəndəçisidir.