"Lib-Dukhtegan" haker qrupu İran Milli Tanker Şirkəti və Gəmiçilik Şirkətinin sistemlərini sındıraraq 39 neft tankeri və 25 yük gəmisinin işində pozuntulara səbəb olub.
Bu barədə FinFly Sky News Arabiya-ya istinadən məlumat verib.
"İranın 60-dan çox neft tankeri və yük gəmisinin sistemləri sıradan çıxarılıb, bu da həmin gəmilər, limanlar və xarici aləm arasında əlaqələrin kəsilməsinə səbəb olub. Bu, İranın dəniz sektorunu hədəf alan ən böyük kiberhücumlardan biridir" - hakerlər öz bəyanatlarında bildiriblər.
Qruplaşma əlavə edib ki, buna İranın telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən "Fanava" holdinqinin şəbəkəsinə daxil olmaqla nail ola biliblər. Bu holdinq peyk rabitəsi, məlumatların saxlanması və ödəniş sistemləri ilə bağlı xidmətlər təqdim edir.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
