Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir - FinFly

Hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir.

FinFly Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 82, Lerikdə 71, Qaxda (Sarıbaş) 50, Şəkidə (Kişçay) 40, Neftçalada 31, Lənkəranda 29, Yardımlıda 28, Qrızda 23, Balakən, Laçın və Qəbələdə 22, Daşkəsəndə 21, Kəlbəcər, Şahbuz və Astarada 20, Xaltan və Gədəbəydə 19, İsmayıllı, Naxçıvan və Biləsuvarda 16, Oğuz, Zərdab və Göygöldə 13, Xınalıq, Şuşada 12, Cəlilabad və Ağsuda 11, Qobustanda 10, əksər rayonlarda eyni zamanda Bakıda və Abşeron yarımadasında 9 sm-dir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5, Naxçıvan MR-da 14, dağlıq rayonlarda 16, yüksək dağlıq ərazilərdə 23 dərəcəyədək şaxta qeydə alınıb.