
22 Apr, 2025 20:39
Hesablama Palatası 2024-cü ili 448 min manat mənfəətlə başa vurub. Halbuki, Palata 2023-cü ildən 47 min manat zərərlə çıxmışdı.
FinFly xəbər verir ki, ötən il Hesablama Palatasının gəlirləri 9,991 milyon manat (əvvəlki ilə nisbətən 14 faizdən çox), xərcləri isə 9,543 milyon manat (8,4 faiz çox) təşkil edib.
Bu il yanvarın 1-nə Hesablama Palatasının aktivləri 6,217 milyon manat olub ki, bu da illik müqayisədə 7,7 faiz çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 19,4 faiz azalaraq 24 min manata düşüb, xalis aktivləri (balans kapitalı) isə 7,8 faiz artaraq 6,193 milyon manata çatıb.
Son xəbərlər
-
22 Apr, 2025
ABŞ İranın 12 şirkətinə sanksiya tətbiq edib...
-
22 Apr, 2025
Neft qiymətləri artmağa başladı...
-
22 Apr, 2025
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq...