Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Hesablama Palatası Çin Milli Audit ofisi ilə təcrübə mübadiləsi aparıb - FinFly

Hesablama Palatası ilə Çin Milli Audit Ofisi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində nəzərdə tutulan bir sıra fəaliyyətlərin icrası məqsədilə Çin nümayəndə heyəti Bakı şəhərinə səfər edib.

FinFly Palataya istinadən xəbər verir ki, nümayəndə heyətini qurumun sədr müavini Nəsir Sadıqov qəbul edib. O, səfər çərçivəsində təqdim olunacaq mövzuların Palata əməkdaşları üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Çin Milli Audit Ofisinin İctimai Məsələlərin Auditi Bürosunun baş direktoru Jiang Yueşan isə iki qurum arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Daha sonra hər iki tərəfin nümayəndələri müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər. Çin Milli Audit Ofisi xüsusi audit, o cümlədən büdcə auditi, Çində antikorrupsiya auditinə dair praktiki təcrübə, eləcə də suyun axın istiqamətinin dəyişdirilməsi və transferi üzrə əsas layihələrin auditi barədə məlumat verib.

Hesablama Palatasını nümayəndə heyəti isə dövlət büdcəsinin icrasına dair rəy və investisiya layihələrinin auditi barədə təqdimat edib.

Tədbir hər iki tərəfi maraqlandıran məsələlər üzrə fikir mübadiləsi və sualların cavablandırılması ilə yekunlaşıb.