Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Bakı, Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla ölkənin bütün bölgələrini əhatə edən "Yaşıl gələcək naminə" ekoloji aksiyası keçiriləcək.
FinFly xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutacaq aksiya dekabrın 1-dən 10-dək davam edəcək.
Bu çərçivədə müxtəlif dini icmaların, gənclərin, ictimaiyyət nümayəndələrinin, könüllülərin iştirakı ilə ağacəkmə və yaşıllaşdırma tədbirləri, eyni zamanda, abadlıq işlərinin təşkili nəzərdə tutulur.
Aksiyanın keçirilməsində məqsəd müxtəlif konfessiyalar arasında həmrəyliyin, ictimai birlik ruhunun daha da gücləndirilməsinə töhfə vermək, dini icma üzvlərinin və ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltməkdir.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
